RUSİYA

Rusiyada pandemiya ilə bağlı son vəziyyət açıqlandı

Rusiyada indiyədək koronavirusa yoluxan 1 324 419 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb.
Sputnik

BAKI, 8 noyabr - Sputnik. Rusiyada son bir gündə 20 498 nəfərə koronavirus diaqnozu qoyulub. “Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 1 774 334 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 286 nəfər artaraq 30 537-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 324 419 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 5751.