SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: Bəzi Qərb liderləri tez-tez anti-Türkiyə ritorikasından istifadə edir

Politoloq Əhməd Əlili deyir ki, Avropanın daxilində bu problemin həlli üçün fikirlər səslənməyə başlayıb
Sputnik

Parisdə bu ilin oktyabrın 16-da miqrant ailəsindən olan şəxs dərs zamanı Məhəmməd peyğəmbərin karikaturalarını göstərən müəllim Samuel Patinin başını kəsib. Prezident Emmanuel Makron hadisəyə kəskin reaksiya verib. O, “islam separatçılığı” haqda nitqlə çıxış edib və islamı “bütün dünyada böhran yaşayan din” adlandırıb.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, hal-hazırda Avropa ölkələrində yaşayan müsəlman özlərini birinci, ikinci dünya müharibəsindəki yəhudilər kimi hiss edirlər:

“Avropanın daxilində bu problemin həlli üçün fikirlər səslənməyə başlayıb. Bu problemin sosial tərəfi ilə yanaşı, geo-siyasi tərəfi də var. Avropada bəzi siyasi liderlər hakimiyyət gəlmək üçün anti-Türkiyə, anti-miqrant riotikasından istifadə ediblər. Bu da özünü indiki şəraitdə göstərir. Hazırda Avropadakı bu gərginlik miqrantların gəlişindən sonra artıb”.

Qeyd edək ki, 2015-ci ildə “Charlie Ebdo” satirik jurnalında dərc olunan bu cür karikaturalar islam dünyasına qarşı məqsədyönlü təhqir kimi dəyərləndirilib və həmin il redaksiyaya qanlı hücum nəticəsində 11 nəfər qətlə yetirilmişdi.

Əhməd Əlilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz