QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müstəqillik tariximizin ən möhtəşəm xəbəri - Şuşa azad edildi!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edib.
Sputnik

BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciət AzTV vasitəsilə yayımlanıb.

Ali Baş Komandan müraciətini Şəhidlər Xiyabanından gerçəkləşdirib.

Xalqa müraciətində Prezident İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.

Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.