SƏHİYYƏ

Ermənistanda bir gündə 26 nəfər koronavirusdan öldü

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Sputnik

BAKI, 8 noyabr - Sputnik. Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına 2 175 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

Sputnik Ermənistan-ın məlumatına əsasən, bu ölkədə koronavirusa yoluxanların sayı 104 249 nəfərə çatıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Koronavirusa yoluxanlardan 64 179 nəfərin sağaldığı, 1 559 nəfərin isə öldüyü bildirilir.