İQTİSADİYYAT

Berat Albayrak nazir vəzifəsindən istefa verdi

İki gün əvvəl Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Uysal da vəzifəsindən çıxarılıb. Berat Albayrak həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.
Sputnik

BAKI, 8 noyabr - Sputnik. Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak istefa verib. Sputnik Azərbaycan-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Albayrak istefasını sağlamlığında problemlə izah edib.

Son günlər Türkiyədə Albayrakı vəzifədən getməyə çağıran çoxlu sayda çıxışlar edilirdi.

Xatırladaq ki, türk lirəsi bu il 40% dəyər itirib.Bir dollar artıq 8,16 lirədir. 1 avro isə 9,61 lirə olub.

İki gün əvvəl Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Uysal da vəzifəsindən çıxarılıb.

Berat Albayrak həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.