Zəlzələ və şərq təmkini: burada da texnologiya köməyə gəlir

5 bal və ondan daha yüksək bal gücündə zəlzələ gözlənildiyi halda ümumilikdə bütün ölkəyə anındaca xəbərdarlıq edilir.
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Yaponlar zəlzələni bir müddət öncədən bilirlər. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, zəlzələ baş verməzdən bir müddət öncə telefonlara mesaj şəklində göndərilən xəbərdarlıqla yaponlar vəziyyəti nisbətən nəzarətə ala bilirlər.

Belə ki, güclü tələfat olmadan öncə xəbərdarlıq verən sistem insanların özlərini qorumalarına, eyni zamanda da qatarların hərəkətinin nisbətən səngiməsinə, eyni zamanda da bir sıra xətlərin nəzarət altına alınmasına şərait yaradır. Bununla da yarana biləcək zərər bir qədər azaldılır. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin baş məsləhətçisi, doktor Hitoşi Baba bu barədə məlumat verib. O bildirib ki, "Zəlzələ Öncəsi Xəbərdarlıq Sistemi" adlanan bu sistemlə bir neçə saniyə öncə məlumat ötürülür.

5 bal və ondan daha yüksək bal gücündə zəlzələ gözlənildiyi halda ümumilikdə bütün ölkəyə anındaca xəbərdarlıq edilir. Burada məqsəd zəlzələnin zərərlərini maksimum azaltmaq və insanların vaxtında təhlükəsiz yerlərə getmələrini təmin etməkdir.