Yeni koronavirus qadağası gəlir - Buna nəzarətin necə olacağı maraq doğurur

Türkiyədə pandemiyanın artması ilə bağlı Səhiyyə Nazirliyinin koronavirusla mübarizə üzrə Məsləhət Şurasının növbəti toplantısı keçirilib
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Türkiyədə pandemiyanın artması ilə bağlı Səhiyyə Nazirliyinin koronavirusla mübarizə üzrə Məsləhət Şurasının növbəti toplantısı keçirilib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, toplantıda xüsusilə ailələr daxilində ziyarətlərin qarşısının necə alınması üzərində dayanılıb. Bildirilib ki, koronavirus hadisələrinin 70 faizi ailə üzvlərinin biri-birilərinə ötürməsindən qaynaqlanır.

Toplantıda xüsusilə evdə maskanın taxılması və sosial məsafənin qorunması, ailələrin bir-birlərini ziyarət etmələrinin əngəllənməsi, ailədaxili toplaşmalara nəzarətin artırılması və digər məsələlər müzakirə edilib.

Məlumata görə, bu tədbirlərin mərhələ-mərhələ həyata keçiriləcəyi gözlənilir. Maraqlıdır ki, belə bir qadağa olsa, buna nəzarət necə olacaq?

Qeyd edək ki, dünyada COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 48 milyonu ötüb.