QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan Putinlə danışdı: Ermənistan geri çəkilsin

Ərdoğan həmçinin Putinlə söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli olduğunu vurğulayıb.
Sputnik

BAKI, 7 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, söhbətdə Dağlıq Qarabağ başda olmaqla bölgədəki vəziyyət, Türkiyə-Rusiya münasibətləri müzakirə olunub.

Ərdoğan həmçinin Putinlə söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli olduğunu, Azərbaycanın isə əks-hücum əməliyyatını öz torpaqlarında apardığını vurğulayıb. Türkiyə Prezidenti Ermənistan rəhbərliyinin ağlını başına toplayaraq danışıqlar masasına oturmasının, münaqişəyə birdəfəlik qərarla son qoyularaq bölgədə sabitliyin təmin edilməsinin vacibliyini önə çəkib.