Müalicəsi olmayan xəstəlik yenə baş qaldırdı - Nigeriyada 22 nəfər öldü

Hazırda sarı qızdırma planetin tropik regionlarında hər il 200 min insana təsir edir. Onların otuz min nəfəri dünyasını dəyişir.
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Nigeriyada 22 nəfər sarı qızdırmadan dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 7 nəfər isə bu diaqnozla tibb müəssisələrində müalicə alır.

Daha əvvəl isə Delta ştatında 15 nəfər bu xəstəlikdən dünyasını dəyişmişdi. Hadisə Ute Okpu və İka icmalarında baş verib.

Bölgə rəhbərliyi vəziyyətdən narahatlığını dilə gətirərək, problemin tezliklə həll ediləcəyinə çalışacaqlarını bildirib. Qeyd edək ki, infeksiya bir neçə icmaya yayılıb.

Sarı qızdırma ağcaqanadlar vasitəsilə yayılır. Müalicəsi olmayan xəstəliyə qarşı 1937-ci ildə peyvənd hazırlanıb. Hazırda sarı qızdırma planetin tropik regionlarında hər il 200 min insana təsir edir. Onların otuz min nəfəri dünyasını dəyişir.

Müşahidə edilən sarı qızdırma faktlarının 90 faizi Afrikada baş verir.