RUSİYA

Rusiyada təyyarə qəzasında teleaparıcı həlak oldu

Koltovoy "DNT" tok-şousunun aparıcısı, "Ulduzlar görüşdü" şousunun aparıcılarından biriydi. O, həmçinin "Şüşə arxasında" realiti-şousunda da iştirak edib.
Sputnik

BAKI, 7 noyabr - Sputnik. Rusiyanın НТВ telekanalının aparıcısı Aleksandr Koltovoy təyyarə qəzasında həlak olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu gün axşam saatlarında Moskva ətrafında Çkalovsk qəsəbəsinin yaxınlığında Cessna yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

НТВ telekanalından bildiriblər ki, həlak olanlardan biri teleaparıcı Aleksandr Koltovoy olub, onun xanımı da göyərtədə olub və o da həlak olub.

Koltovoy "DNT" tok-şousunun aparıcısı, "Ulduzlar görüşdü" şousunun aparıcılarından biriydi. O, həmçinin "Şüşə arxasında" realiti-şousunda da iştirak edib.

Prokurorluq təhqiqata başlayıb. İstintaq komitəsi hava gəmisinin istifadəsi zamanı təhlükəsizlik qaydalarının pozulması barədə cinayət işi başlayıb.