SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Avropada islamafobiyanı alovlandıran səbəbləri şərh edir

Politoloq Tofiq Abbasov deyir ki, İslama qarşı edilən hərəkətlərə heç nə ilə bəraət qazandırmaq olmaz
Sputnik

“Avropalılar söz azadlığı adı altında spekuliyasiyalarla məşğuldurlar”. Bunu Sputnik Azərbaycan-a açıqlmasında politoloq Tofiq Abbasov deyib.

Politoloq deyib ki, dinlərarası münasibətlərin gərginləşməsində hər iki tərəf günahkardır:

“Onlar İslamın peyğəmbəri ilə bağlı təhqiramiz karikaturalar çəkməklə nəyəsə nail olmurlar. Avropanın bəzi dairələrində, ABŞ-da İslama qarşı edilən hərəkətlərə heç nə ilə bəraət qazandırmaq olmaz. Xüsusən Fransada alovlanan islamafobiyaya görə, prezident Emmanuel Makronun hərəkətlərini pisləyirəm. Bu gün Qərb ölkələri miqrant məsələsini gərgin tərzdə gündəliyə salıblar. Bunu günahı da elə Qərb ölkələrinin özündədir. Onlar sabit, dünyəvi şərq ölkələrini dağıtmaqla bu problemi yaradıblar”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrində yaşayan müsəlmanların sistematik olaraq ayrı-seçkiliyə məruz qaldığını, hüquq və azadlıqlarından məhrum edildiyini bildirib.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz