BAKI, 7 noyabr - Sputnik. Donor ürəyi daşıyan vertolyot San-Dieqo şəhərində xəstəxananın damına qonarkən qəzaya uğrayıb.
Sputnik Azərbaycan FOX News-a istinadən bildirir ki, orqan hadisə zamanı zədələnməyib. Onu vertolyotun salonundan çıxararaq həkimə veriblər. Maraqlı burasıdır ki, həmin həkimin də ayağı büdrəyib yıxılaraq, ürəyi əlindən salıb.
Möcüzə nəticəsində heç bir zədə almayan orqanı iki saat sonra uğurla xəstəyə köçürüblər.