SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın fəxri konsulluğu odlu silahdan atəşə tutulub

"Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik"
Sputnik

BAKI, 7 noyabr - Sputnik. Noyabrın 6-dan 7-nə keçən gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraları hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatında deyilir.

Azərbaycanın fəxri konsulluğu odlu silahdan atəşə tutulub

Məlumata görə, konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri  polisi tərəfindən cinayət işi başlanılıb.

"Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.

Azərbaycanın fəxri konsulluğu odlu silahdan atəşə tutulub

Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik. Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı edilən bu kimi cinayət xarakterli əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçiriləcəkdir", - deyə məlumatda bildirilir.