CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanı robota çevirən vasitə: evlərin çoxunda var

Kompüterlə aktiv şəkildə məşğul olan və ya işi bununla əlaqədar olan şəxslər emosional cəhətdən inkişafdan qalırlar
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Kompüterdən istifadə ilə əllə yazmaq bacarığının insanlar arasında qarşılıqlı münasibətlərə ciddi təsiri varmış.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, N.P.Bextereva adına İnsan Beyni İnstitutunun Epileptologiya və Nevrologiya Mərkəzinin rəhbəri Nadejda Korolyovanın fikrincə, insanlar əl yazısından istifadə etmirlərsə və təkcə klaviaturada yazırlarsa, hiposeksual olurlar.

"Afferent əlaqələrin və gicgahdakı bölgələrə təsirlərin olmaması hiposeksuallıq yaradır. Belə insanlar əks cinslə daha az maraqlanırlar. Bu, problemdir, faciədir. Qarşı cinslə maraqlanmayan kişi nə deməkdir? Lazımi qədər endorfin təmin edən emosional bir partlama olmadan insan robota çevrilir", - deyə o qeyd edib.

Nadejda Korolyova qeyd edib ki, kompüterlə aktiv şəkildə məşğul olan və ya işi bununla əlaqədar olan şəxslər emosional cəhətdən inkişafdan qalırlar.

"Bir neçə gün kompüter qarşısında oturan sakit bir gənc təsəvvür edin. Bu onun işi ilə əlaqədar ola bilər. Ancaq ətrafında hər hansı bir narahatlıq baş verdiyi zaman o, reaksiya verir. Amma bu reaksiya yetişkin bir kişi və ya gənc oğlanın reaksiyası deyil, iki-üç yaşlı uşağın reaksiyası kimidir. O, isterik reaksiyalar göstərir", - deyə ekspert bildirib.

Ekspert əl yazısını əvəz edəcək xüsusi bir fəaliyyətin olmadığını da vurğulayıb.