QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin köməkçisi: "Ermənistan məscidi donuzların saxlanıldığı yerə çevirib"

Ermənistanın işğalı altında olan vaxt Qubadlının Məmər kəndində olan XVIII əsr mədəni-dini abidə vandalizmlə yanaşı təhqir əlaməti olaraq donuzların saxlanıldığı yerə çevrilib.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Azərbaycanın işğaldan azad olunan Məmər kəndində XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz rəsmi "Twitter" səhifəsində yazıb.

"Ermənistanın işğalı altında olan vaxt Qubadlının Məmər kəndində olan XVIII əsr mədəni-dini abidə vandalizmlə yanaşı təhqir əlaməti olaraq donuzların saxlanıldığı yerə çevrilib", - deyə Hikmət Hacıyev bildirib.