QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: "Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib"

"Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq".
Sputnik

BAKI, 6 noyabr - Sputnik. "Azərbaycanın Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Hətta qəbiristanlıqlara belə rəhm etməyiblər, vandalizmə və barbarlığa məruz qalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

"Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb", - o əlavə edib.