Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu əks-hücum nəticəsində Füzuli şəhərini düşmən işğalından azad edib.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində bu günədək Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Yuxarı Güzlək, Gorazıllı, Qaradağlı, Xatunbulaq, Saracıq, Qarakollu, Arış, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli, Dörd Çinar, Kürdlər, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Mandılı azad edilib.