Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladıqdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işi əhəmiyyətli dərəcədə artıb. Hər gün Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin qaynar xətlərinə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş müxtəlif bölgələrin sakinlərindən yüzlərlə zəng gəlir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf hətta cəbhə bölgəsində xeyli uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutur.
Sentyabrın 27-dən başlayaraq minaaxtaranların mobil qrupları dəfələrlə Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsüvar, Cəbrayıl, Goranboy, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul və digər rayonların ərazisinə səfər ediblər.