Noyabrın 3-də keçirilən prezident seçkisi, hazırkı prezident Donald Tramp və sabiq vitse-prezident Co Bayden arasında qızğın siyasi yarış kimin növbəti dörd ildə Ağ Evə sahib olacağını müəyyənləşdirir.
İqtisadçı ekspert Fuad İbrahimovSputnik Azərbaycan-a deyir ki, ABŞ-dakı prezident seçkisinin iqtisadi nöqteyi-nəzərdən dolların güclənməsinə və ya zəifləməsinə ciddi təsiri yoxdur:
“Dolların gələcəyini iqtisadi gedişat və proseslərlə müəyyən etmək olar. Dollar digər valyutalar qarşısında möhkəmlənə bilər. Seçki zamanı müəyyən volatillik baş verdi”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz