QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya XİN Qarabağ üzrə danışıqları bərpa etməyə çağırdı

Həftə ərzində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalıb, bütün təmas xəttində qarşılıqlı atəş qeydə alınıb, onların hədəfi həm də mülki obyektlər olub
Sputnik

BAKI, 5 noyabr — Sputnik. Rəsmi Moskva Dağlıq Qarabağda münaqişə tərəflərini maksimum təmkinli olmağa, xarici güclərin müdaxiləsinə yol verməməyə və prosesi atəşkəsin və baza prinsipləri əsasında danışıqların bərpasına aparmağa çağırır. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova qeyd edib.

"Həftə ərzində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalıb, bütün təmas xəttində qarşılıqlı atəş qeydə alınıb, onların hədəfi həm də mülki obyektlər olub. Biz tərəfləri son dərəcədə təmkinli olmağa, mülki əhalini atəşə tutmaqdan yayınmağa və xarici qüvvələrin müdaxiləsinə yol verməməyə çağırırıq. Baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədi ilə danışıqların bərpasına, gərginliyin azaldılmasına, atəşkəs gətirəcək praktiki işləri görməyə ehtiyac var", - deyə Zaxarova qeyd edib.