“Prezident seçkilərinin qalibi kim olursa-olsun, ABŞ-ın strateji kursunu dəyişməyəcək”. Bunu Sputnik Azərbaycan-a politoloq Fikrət Sadıxov deyib.
Politoloq qeyd edib ki, respublikaçılar dünya siyasətində, ölkələrlə münasibətlərin qurulmasında daha proqmatik addımlar atıb, demokratlar isə daha çox demokratik dəyərlər, söz azadlığı kimi məsələlərlə məşğul olublar:
“Bundan asılı olmayaraq seçilən namizəd həmişə proqmatik konteksdən çıxış edir. Çünki ABŞ bir sıra məsələlərlə hesablaşıb, problemləri həll etməlidir. Azərbaycan Trampın prezidentliyi dönəmində özünə olan münasibəti hiss edib. Demokratların namizədi də hakimiyyətə gəlsə, reallıqlarla hesablaşmağa məcbur olacaq. Hal-hazırda faktiki olaraq ABŞ cəmiyyəti parçalanıb. Sorğuların nəticəsində Baydenin namizədliyi üstün görünsə də, səsvermə prosesi həlledici olacaq”.
Qeyd edək ki, noyabrın 3-də keçirilən prezident seçkiləri hazırkı prezident Donald Tramp və sabiq vitse-prezident Co Bayden arasında qızğın siyasi yarış kimin növbəti dörd ildə Ağ Evə sahib olacağını müəyyənləşdirir.
Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz