Kim Çen In generalissimus olacaq

Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin müdir müavini vəzifəsini tutan Kim Çen Inın kiçik bacısı Kim Yo Çjonun vəzifə səlahiyyətlərinin artırılacağı da bildirilir.
Sputnik

BAKI, 5 noyabr — Sputnik. KXDR lideri Kim Çen In Koreya Əmək Partiyasının növbəti Konqresində generalissimus rütbəsinə layiq görüləcək. Sputnik Azərbaycan-ın Rusiyanın "Argumentı i Faktı" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Qeyd edək ki, Kim Çen In hazırda marşal rütbəsinə sahibdir.

Xatırladaq ki, onun babası, KXDR-in qurucusu Kim İr Sen və atası Kim Çen İr də generalissimus rütbəsinə sahib olublar.

Məlumatda Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin müdir müavini vəzifəsini tutan Kim Çen Inın kiçik bacısı Kim Yo Çjonun vəzifə səlahiyyətlərinin artırılacağı da bildirilir.

Qeyd edək ki, hələ aprel ayında Yaponiya mətbuatı Kim Yo Çjonun Pxenyanın ən yüksək hakimiyyət eşalonunda praktik olaraq "iki nömrəli adamı" mövqeyində olduğunu yazmışdı.