QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağın xalça xəritəsi hazırlandı

"Şanlı ordumuz torpaqlarımızı azad edərək, Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar"
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Azərbaycan Milli Xalça Muzeyi Qarabağın xalça xəritəsini hazırlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı muzeyin direktoru Şirin Məlikova "Facebook" hesabında yazıb. O bildirib ki, Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var: "Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdiriblər.

Şanlı ordumuz torpaqlarımızı azad edərək, Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar".