QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tərtər və Ağcabədi rayonlarının ərazisi atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.
Sputnik

BAKI, 4 noyabr - Sputnik. Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.