FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Tramp, yoxsa Bayden - ABŞ-da prezident seçkisi günü yaşanan vəziyyət

Sputnik

BAKI, 4 noyabr — Sputnik. ABŞ-da Ağ Evə sahiblik uğrunda mübarizə aparan iki namizəd – hazırkı Prezident Donald Trampla demokratların təmsilçisi Co Bayden arasındakı yarış bu gün başa çatır.

Bəziləri artıq vaxtından əvvəl və yaxud səhər tezdən açılmış məntəqələrdə səs verib, digərləri isə səsini son ana saxlayıb. Hər bir halda, müşahidəçilər seçicilərin çox aktiv olduğunu qeyd edirlər, ABŞ vətəndaşları bəzi seçki məntəqələrində səs vermək üçün uzun növbələrə düzülüblər.

Tərəfdarlar öz namizədlərinə dəstək olmaq məqsədilə aksiya və piketlər keçirir, polis məmurları asayişin qorunmasına nəzarət edirlər. Bununla belə, Ağ Evin yaxınlığında aksiya iştirakçıları ilə polis arasında toqquşma yaşandığı barədə xəbərlər də gəlir.

Hazırda səslərin hesablanması prosesi gedir. Mağaza və restoran sahibləri seçkinin nəticəsindən narazı qalanların iğtişaş törədəcəyindən ehtiyatlanaraq müxtəlif əşyalarla vitrinlərin qarşısını kəsiblər.

1 / 15
San-Fransiskoda seçki məntəqlərinin birində.
2 / 15
Co Baydenin tərəfdarı ABŞ bayrağı ilə Delaver ştatında.
3 / 15
Seçki günündə Sietlda etirazlar.
4 / 15
Seçki günündə Portlendə etirazlar, Oreqon ştatı.
5 / 15
Donald Tampın tərəfdarı seçki günündə Nyu-Yorkda jurnalistlərlə söhbət edir.
6 / 15
Co Baydenin tərəfdarları seçki günündə Vaşinqtonda Ağ Evi qarşısında.
7 / 15
ABŞ Prezidenti Donald Trampın tərəfdarları.
8 / 15
Donald Tramp və Melaniya Tramp seçki günündə Ağ Evdə.
9 / 15
Nyu-Yorkda seçki məntəqələrinin birində səsvermə zamanı.
10 / 15
Co Bayden həyat yoldaşı ilə Uilminqtonda çıxış edir, Delaver ştatı, ABŞ.
11 / 15
Nyu-Yorkda seçki məntəqələrinin birində seçicilərin qeydiyyatı zamanı.
12 / 15
Vaşinqtonda seçki məntəqələrinin birində səsvermə zamanı.
13 / 15
İnsanlar Vaşinqtonda Black Lives Matter Plazada ABŞ prezident seçkisinin nəticələrini gözləyirlər.
14 / 15
Los-Ancelesdə seçki məntəqəsi.
15 / 15
Vaşinqtonda seçki məntəqəsinin birinin girişində.