RUSİYA

Rusiyada koronavirusa rekord sayda yoluxma və ölüm faktıları

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 47,4 milyonu keçib, 1,21 milyondan çox adam isə virus səbəbilə ölüb.
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 19768 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 389 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1693454-ə çatıb. Rusiyada pandemiya yayılandan 29217 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1266931-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 47,4 milyonu keçib, 1,21 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.