SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aygül İsayeva: “Gürcüstan-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olacaq”

Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, Gürcüstanda keçirilən parlament seçkilərində üç azərbaycanlı namizəd qalib gəlib
Sputnik

"Gürcüstanda keçirilən parlament seçkilərində üç azərbaycanlı namizəd qalib gəlib”. Bunu Sputnik Azərbaycan-a açıqlamsında Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyib.

O bildirib ki, həmin deputatlardan birinin parlamentdə təmsil olunacağı dəqiq deyil: "Müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirməyi planlaşdırır. Azərbaycan-Gürcüstan arasındakı sarsılmaz dostluq əlaqələrinin tarixi qədimdir. Gürcüstanda hansı partiyanın qələbə qazanmasından asılı olmayaraq iki ölkə arasında münasibətlər hər zaman ən yüksək səviyyədə olacaq”.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz