MƏDƏNİYYƏT

Dublyaj sənətinin ustadı vəfat edib

Fransanın məşhur aktyoru, tamaşaçıların "Anjelika" filmləri silsiləsindən yaxşı tanıdığı Klod Jiro noyabrın 7-də "Sen-Prist-de-Şam"da dəfn ediləcək
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Fransanın məşhur aktyoru, tamaşaçıların "Anjelika" filmləri silsiləsindən yaxşı tanıdığı Klod Jiro vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 84 yaşlı aktyor ötən gecə dünyasını dəyişib.

Klod Jiro noyabrın 7-də "Sen-Prist-de-Şam"da dəfn ediləcək.

Qeyd edək ki, məşhur aktyor 1936-cı ildə Fransanın Şamalies qəsəbəsində anadan olub. Paris Konservatoriyasında təhsil alıb. Kinoda ilk işi 1958-ci ildə çəkildiyi "Yalançılar" filmində olub. Dünya tamaşaçıları isə Klod Jironu "Anjelika" filmlər silsiləsində ifa etdiyi "Markiz Filipp de Plessi-Belles" obrazı ilə tanıyıblar.

Klod Jiro dublyaj aktyoru kimi çox məşhur olub. Səs tembrinin gözəlliyi aktyoru dublyaj sənətində ustalıq dərəcəsinə yüksəldib.

Klod Jironu son 30 ildə səsləndirmə və dublyaj sənətinin ustadı adlandırıblar.