CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zəlzələ baş verib

Yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə - İmişli ərazisində qeydə alınıb.
Sputnik

BAKI, 4 noyabr - Sputnik. Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb.

Sputnik Azərbaycan bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə - İmişli ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 52 kilometr dərinlikdə yerləşib.