CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndiyə qədər 50 məktəb atəşə tutulub

Bu günə qədər ümumilikdə 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb
Sputnik

 

BAKI, 3 noyabr — Sputnik. Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu günə qədər ümumilikdə 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb. Ağdamda 14, Tərtərdə 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə 1 məktəb binası dağıntılara məruz qalıb.