SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xameneyidən birmənalı dəstək: "Ermənistan Azərbaycanın bütün ərazilərini qaytarmalıdır"

İranın Ali Dini lideri Ayətulla Seyid Əli Xameneyi xalqı bugünkü müraciətində deyib ki, Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini geri qaytarmalı, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir.
Sputnik

BAKI, 3 noyabr - Sputnik. Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır.

Sputnik Azərbaycan İranın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, bunu İranın Ali Dini lideri Ayətulla Seyid Əli Xameneyi İran televiziyası ilə xalqa bugünkü müraciətində bildirib.

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneyi Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruriliyini və Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu deyib. 

"İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır.", - deyə Xameneyi bildirib. 

Ayətullah Xameneyi əlavə edib ki, müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər.