QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mövlud Çavuşoğlu Ərdoğanın Azərbaycanla bağlı xüsusi təlimatını anladıb

Çavuşoğlu: " Azərbaycan 30 ildir, işğalda olan torpaqlarını geri almaq üçün mübarizə aparır və bu mübarizədə də bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq".
Sputnik

BAKI, 3 noyabr - Sputnik. Azərbaycan həm hüquqi baxımdan, həm də mənəvi baxımdan da haqlıdır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycan səfərindən yenicə ölkəsinə qayıdan nazir deyib ki, Prezident  Rəcəb Tayyib Ərdoğanın Türkiyənin bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanında olması üçün xüsusi təlimatı var:

"Yaxşı gündə də, pis gündə də qardaş Azərbaycanın yanındayıq. Bu çətin günlərdə, haqlı mübarizəsində də Azərbaycanı yalnız buraxmamız mümkün deyil. Bakıya səfərimiz də bu çərçivədə oldu. Döyüş meydanındakı uğurlar və eyni zamanda diplomatik sahədə mübarizə ilə əlaqədar müzakirələrimiz oldu".

M. Çavuşoğlu bildirib ki, Azərbaycanla mütəmadi əlaqələ saxlayırlar: "Bu gün yenə məlumatlar aldıq. Xarici İşlər Naziri Ceyhun Bayramovla əlaqə saxlayırıq. Cənab Prezidentimiz də Cənab İlham Əliyevlə birbaşa ünsiyyətdə olur. Əlaqədar qurumlarımız mütəmadi əməkdaşlıq edir. Azərbaycan 30 ildir, işğalda olan torpaqlarını geri almaq üçün mübarizə aparır və bu mübarizədə də bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq".