QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin yaydığı xəbər dezinformasiyadır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyanı təkzib edib.
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Bu gün Ermənistan mətbuatında guya Şuşa şəhərinə qadağan olunmuş döyüş sursatının atılması barədə yayılan xəbər dezinformasiyadır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.