QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan minaatan taqımımızı məhv etməyib və vacib sənədləri ələ keçirməyib - MN

Daha əvvəl nazirlik bu gün Ermənistan mətbuatında guya Şuşa şəhərinə qadağan olunmuş döyüş sursatının atılması barədə yayılan xəbərin dezinformasiya olduğunu bildirib.
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Düşmənin guya cənub istiqamətində bölmələrimizin minaatan taqımını məhv edərək vacib sənədləri əldə etməsi barədə Ermənistan mətbuatının yaydığı xəbər cəfəngiyatdan başqa bir şey deyil. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin minaatan taqımını məhv edərək vacib sənədləri əldə etməsi barədə məlumat yaymışdı. 

Azərbaycanın Müdafiə Nazirliyi isə daha əvvəl bu gün Ermənistan mətbuatında guya Şuşa şəhərinə qadağan olunmuş döyüş sursatının atılması barədə yayılan xəbərin dezinformasiya olduğunu bildiribmişdi.