SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat: “Gürcüstandakı parlament seçkisi münasibətlərimizin inkişafına xidmət edəcək”

Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev deyir ki, Azərbaycanlıların kompakt yaşadığı Marneuli və Qardebani rayonlarında aktiv və şəffaf seçki keçirilib
Sputnik

“Gürcüstandakı parlament seçkisi qanunauyğun şəkildə baş tutdu”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, seçki prosesində hər hansı qanun pozuntusu ilə qarşılaşmayıblar: “Normal bir seçkinin müşahidəçisi olduq. Azərbaycanlıların kompakt yaşadığı Marneuli və Qardabani rayonlarında da aktiv və şəffaf seçki keçirildi. Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır. Bizi iqtisadi, siyasi, mədəni, həm də mənəvi cəhətdən bağlayan mühüm tellər var. Buna görə də keçirilən seçkilər gələcəkdə Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək”.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkisi keçirilib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkisinin ilkin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.

Arzu Nağıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz