Yerevana sərt zərbə - Ağrı dağında Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq

Ağrı bələdiyyəsi olaraq bunun üzərində işləyirik. Bu görüntünü Ağrı dağının Ermənistana baxan tərəfində görəcəksiniz.
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Ağrı dağının Ermənistan tərəfə baxan hissəsində Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Ağrı rayon bələdiyyəsinin sədri Savcı Sayan öz "Twitter" hesabında yazıb.

"Ağrı bələdiyyəsi olaraq bunun üzərində işləyirik. Bu görüntünü Ağrı dağının Ermənistana baxan tərəfində görəcəksiniz. Ümid edirəm, cəbhədəki Ermənistana "ruh yüksəkliyi" verər", - Sayan yazıb.