ABŞ prezidenti Donald Tramp noyabrın 3-də keçiriəcək prezident seçkisi üçün şənbə günü Floridada səs verib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan ŞahinoğluSputnik Azərbaycan-a deyir ki, müəyyən sorğular seçkidə Co Baydenin qələbə qazanacağını göstərsə də, bu nəticələrin özünü doğrultmadığı da olur:
“Trampın hakimiyyətinin ilk illəri ABŞ cəmiyyətində normal qəbul edilirdi. İşsizliyin azalması, verdiyi vədləri yerinə yetirməsi buna təsir edirdi. Lakin koronavirusun yayılması onun bütün planlarının üstündən xətt çəkdi. Əgər Tramp yenidən prezident seçilərsə, işsizliklə mübarizə siyasətini davam etdirəcək. Baydenin isə Barak Obamanın siyasətinə qayıdış edəcəyini düşünürəm. Amma kimin seçilməsindən asılı olmayaraq ABŞ-ın xarici siyasətində kardinal dəyişiklik gözləmirəm”.
Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz