HADİSƏ

Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı artdı

Oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub. Güclü təkanların ardından 812 təkrarzəlzələ qeydə alınıb
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Türkiyənin Egey sahillərində, İzmirdə baş verən zəlzələdə həlak olanların sayı 79-a yüksəlib. Sputnik Azərbaycan türkiyə KİV-nə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 949-a çatıb.

Hazırda 219 şəxs xəstəxanada müalicə alır.

Qeyd edək ki, oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub. Güclü təkanların ardından 812 təkrarzəlzələ qeydə alınıb, bunlardan 40-nın maqnitudası 4 baldan bir qədər yüksək olub.