İQTİSADİYYAT

Neftin ucuzlaşması davam edir

Dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətlərinin ucuzlaşmasına səbəb olur.
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 1,32 dollar ucuzlaşaraq 36,62 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 1,39 dollar ucuzlaşaraq 34,40 dollar olub.

Oktyabr ayında Azərbaycan nefti 8,3 faiz ucuzlaşıb. Azərbaycan neftinin oktyabr ayında orta qiyməti 40,98 dollar olub.

Qeyd edək ki, dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətlərinin ucuzlaşmasına səbəb olur.