BAKI, 2 noyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev ermənilıərin daha bir yalanını faş edib.
Sputnik Azərbaycan bildirir ki, o, özünün Twitter hesabında iki şəkil paylaşaraq birinin real, digərinin ermənilərin yaratdığı "feyk" olduğunu deyib:
"Fərqi görün: Birinci fotoda Ermənistanın Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndini atəşə tutmasıdır. Mən onu günün şəkli kimi paylaşmışdım. Ermənistanın "Smerç" raket kompleksindən atılan mərmi masanı dələrək döşəməyə girmişdi.
İkinci fotoda isə uğursuz erməni yalanıdır. Onlar hətta hörümçək torunu təmizləməyi də unudublar".