SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İvanişvili birinci, Saakaşvili ikinci oldu - Gürcü parlamentində yer nisbəti

Bir qədər əvvəl Tbilisidə müxalifət nəticələrdən narazı olduğunu bildirərək etiraz edib. Bir həftə sonra daha güclü mitinqin keçiriləcəyi gözlənilir
Sputnik

BAKI, 1 noyabr - Sputnik. Gürcüstanın hakim "Gürcü arzusu" partiyası parlament seçkisində 48,16% səs toplayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası artıq səslərin 99.77%-nin sayıldığını bildirib.

İkinci yerdə Mixeil Saakaşvilinin "Güc birlikdədir" müxalifət blokudur, o, 27.12% səs toplayıb.

Parlamentdə 1%-i aşa bilmiş 7 partiya və iki siyasi blok təmsil olunacaq.

30 birmandatlı dairənin 17-də seçkinin ikinci turu keçiriləcək.

Bir qədər əvvəl Tbilisidə müxalifət nəticələrdən narazı olduğunu bildirərək etiraz edib. Aksiya iştirakçıları əvvəl şəhər mərkəzində, sonra isə "Gürcü arzusu"nun banisi Bidzina İvanişvilinin iqamətgahının qarşısına toplaşıblar.

Müxalifət bir həftə sonra daha güclü mitinq keçirməyə söz verib.

Gürcüstan Prezidenti xanım Salome Zurabişvili seçkini demokratik və ədalətli adlandırıb.