QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilanda zərərsizləşdirilən Ermənistan bölmələrindən növbəti hərbi qənimət - VİDEO

Azərbaycan Ordusunun ön xətt bölmələri erməni təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür
Sputnik

BAKI, 1 noyabr - Sputnik. Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürülüb.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi əldə edilən silah və sursatın videogörüntüsünü təqdim edib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib, mülki əhali arasında həlak olanlar var.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.