BAKI, 1 noyabr - Sputnik. Rusiyanın Yerevandakı səfirliyi Ermənistanda iki rus sərhədçisinin öldürülməsi xəbərini təkzib edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı səfirlik Facebook-dakı səhifəsində paylaşıb.
"Kütləvi informasiya vasitələrinin iki rus sərhədçinin həlak olması barədə bir neçə mənbədə eyni zamanda peyda olmuş "məlumatları" şərh etmək xahişinə görə açıqlama veririk. Bu, həqiqətə uyğun deyil", - bəyanatda deyilir.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Ermənistanda xidmət aparan iki rus sərhədçisinin guya Azərbaycan Ordusu tərəfindən öldürülməsi barədə dezinformasiya yayılmışdı.