BAKI, 1 noyabr - Sputnik. Gürcüstan parlamentində doqquz siyasi güc təmsil olunacaq.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkisində səslərin 80.22%-i sayıldıqdan sonra bəyan edib.
Parlamentə daxil olacaq partiyalar arasında "Gürcü arzusu", "Güc birlikdədir", "Avropa Gürcüstanı", "Girçi", "Lelo", "Aqmaşenebeli strategiyası", "Leyboristlər", "Patriotlar Alyansı" və "Vətəndaşlar" partiyası var.
Partiyalar üçün keçid həddi 1% təşkil edir. Gürcüstanda parlament seçkisi şənbə günü oktyabrın 31-də keçirilib.