QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun hərbi avtomobil korteji məhv edilib – VİDEO

İstiqamətlənmiş və kombinə edilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib
Sputnik

BAKI, 1 noyabr - Sputnik. Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, istiqamətlənmiş və kombinə edilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.
Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.