SƏHİYYƏ

COVID-19-dan ölüm antireytinqinin lideri dəyişdi

Çexiyada oktyabrın 5-dən fövqəladə vəziyyət rejimidir. Cümə günü deputatlar onu noyabrın 20-dək uzadıblar
Sputnik

BAKI, 1 noyabr - Sputnik. Yüz min nəfərə hesablandıqda COVID-19-dan ən çox ölüm sayı son yeddi günün nəticələrinə görə Çexiyada qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Çexiyanın Səhiyyə Nazirliyi bu gün açıqlama yayıb. Açıqlama Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) əsasında hazırlanıb.

Bildirilir ki, Çexiya əvvəlki lider Andorranı qabaqlayıb. Hazırda Çexiyada bu göstərici 11.02, Andorrada - 7.88, Belçikada 6.81, Ermənistanda 6,19, Monteneqroda 6,11-dir. Çexyada son bir həftədə 1174 nəfər COVID-19-dan dünyasını dəyişib.

Son sutka ərzində Çexiyada 11428 yeni yoluxma faktı aşkarlanıb. Ümumilikdə ölkədə indiyədək 335102 nəfər yoluxub, bunların 143359-u sağalıb, 3251 nəfər isə dünyasını dəyişib.

Çexiyada oktyabrın 5-dən fövqəladə vəziyyət rejimidir. Cümə günü deputatlar onu noyabrın 20-dək uzadıblar.