SƏHİYYƏ

Alimlər yeni xəstəlik tapdılar: ancaq kişiləri öldürür

Tədqiqatçılar həmçinin hesab edirlər ki, bu xəstəlik yaşlı insanlarda əvvəllər bir-biri ilə əlaqəsi olmadığı hesab edilən iltihabi sindromların əmələ gəlmə səbəbini izah edə bilər.
Sputnik

BAKI, 1 noyabr - Sputnik. Alimlər kişilər arasında yayılan yeni ölümcül xəstəlik aşkarladıqlarını bildiriblər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, araşdırmanın nəticələri The New England Journal of Medicine-də dərc olunub.

Qeyd olunur ki, mütəxəssislərin VEXAS sindromu adlandırdıqları xəstəlik yoluxanların 40%-nin ölümünə səbəb ola bilir. Pasiyentlər autoiltihab xəstəlikdən əziyyət çəkirlər, onlarda titrətmə, aktiv tromblaşma, eləcə də qığırdaq və ağciyər toxumalarında iltihabi proseslər müşahidə olunur.

Mütəxəssislər bu xəstəliyi X xromosomdakı UBA1 geninin mutasiyası ilə əlaqələndirirlər. Tədqiqat zamanı mutasiyalar təxminən 50 kişidə aşkarlanıb. Ancaq alimlərin fikrincə, onların sayı daha çox ola bilər.

Tədqiqatçılar həmçinin hesab edirlər ki, bu xəstəlik yaşlı insanlarda əvvəllər bir-biri ilə əlaqəsi olmadığı hesab edilən iltihabi sindromların əmələ gəlmə səbəbini izah edə bilər.