Ağdamın kəndlərində sakinlərin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır. Təsərrüfat sahiblərinin bir hissəsi də pambıq əkib becərir. Builki yığım mövsümü müharibə vaxtına düşüb. Buna baxmayaraq, fermerlər sahələrdə yığım işlərini həyata keçirirlər.
Təsərrüfat sahibi Şahmar Rzayev Ağdamın cəbhə kəndlərinin ərazisində 50 hektara qədər pambıq əkib. Yüksək məhsul becərən fermer yığımı davam etdirir. sahələrdən 45 sentinerdən yuxarı məhsul əldə olunacağını deyir. Bunun üçün bütün aqrotexniki qaydalara əməl edib.
Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO >>
Düşmənin ağ qızıl tarlalarını ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, rayon ərazisində fəaliyyət göstərən pambıq qəbulu və emalı məntəqələri kəndlinin məhsulunu sahələrdən toplayır. Bütün xərcləri isə həmin şirkətlər öz hesabına reallaşdırır.
Əgər Ermənistan silahlı qüvvələri terror aktlarından əl çəksə, soyuq havalar gəlmədən pambıq sahələrdən toplanacaq. Əslində havanın qeyri-sabit keçməməsi də bu işi sürətləndirəcək.