Ağcəbədi rayonunun Yuxarı Qiyaməddinli, Hacılar və Qaraxanlı kəndləri Ermənistan SQ tərəfindən intensiv olaraq atəş altında saxlanıb. Hacılar kəndinə atılan mərmilər bir neçə evə ziyan vurub. Kənd sakini Kamran İsmayılova məxsus həyətə 4 mərmi düşüb. Kəndin qəbiristanlığına, abidələrinə ziyan dəyib.
Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO >>
Kənd sakinləri isə partlayış səsləri altında heç nəyə baxmayaraq, öz təsərrüfatı ilə məşğul olmağa, Azərbaycan Ordusuna güvənərək kənddə qalmağa davam edirlər.