Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub
Sputnik

BAKI, 31 oktyabr - Sputnik. İzmirdə baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı 20-yə yüksəldi. Xəsarət alanların sayı artıq 786-dır.

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, dağılan 4 binanın ərazisində xilasetmə işləri başa çatıb, daha 13-də isə hələ də davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 244-dən çox təkan (afterşok) qeydə alınıb.

 

--------------

31.10.2020

00:29

İzmirdəki zəlzələdə həlak olanların sayı 17-yə, xəsarət alanların sayı 709-a çatdı.

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, dağılan 17 binanın ərazisində xilasetmə işləri davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 170-dən çox təkan (afterşok) qeydə alınıb.

 

-------------

30.10.2020

23:21

İzmirdəki zəlzələdə xəsarət alanların sayı 607-yə çatdı.

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, dağılan 17 binanın ərazisində xilasetmə işləri davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 140-dan çox təkan (afterşok) qeydə alınıb.

 

--------

22:22

İzmirdəki zəlzələdə xəsarət alanların sayı 522-yə yüksəldi.

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, Seferihisarda zəlzələdən sonra küçələri 1 m qalınlıqda su basıb. Suyun səviyyəsinin 10 dəfə qalxıb-endiyi bildirilir.

 

-------

21:20

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olan və yaralananların sayı artıb.

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, 12 nəfər həlak olub, 419 nəfər xəsarət alıb. 17 binanın dağıntıları arasında xilasetmə işləri aparılır.

Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan yüzlərlə təkan (afterşok) qeydə alınıb.

-------

20:41

Türkiyə sahillərində gün ərzində ikinci zəlzələ baş verib. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, ölkənin cənub-qərbindəki Aydın vilayətinin Quşadası rayonundan 20 km aralıda, Egey sahillərində 5.1 maqnitudalı təkan olub. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.

Bu gün İzmirdə baş verən zəlzələdə isə 6 nəfər həlak olub, 300-dən çox insan xəsarət alıb.

 

--------

19:09

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə xəsarət alanların sayı 202-yə çatıb.

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, zərər görən və dağılan 12 binada xilasetmə işləri davam edir. Məlumata görə, 6 nəfər həlak olub, onlardan biri boğularaq ölüb. İzmir valisi 70 nəfərin dağıntılar altından sağ qurtarıldığını açıqlayıb.

-------

18:46

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə xəsarət alanların sayı 152-yə çatdı.

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, zərər görən və dağılan 12 binada xilasetmə işləri davam edir. Məlumata görə, 4 nəfər həlak olub, onlardan biri boğularaq ölüb.

------

18:01

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ilkin məlumatlara  görə, 4 nəfər həlak olub.

Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadən bildirir ki, 120 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Məlumatı Türkiyənin Fövqəladə Hallar Nazirliyi (AFAD) yayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar.